EN

QHT qadınlar üçün seminar təşkil edildi - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təmas” RİİB  tərəfindən icra edilən «Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlələrinin təşkili» layihəsi çərçivəsində artıq dörd aydır ki, qadın və uşaqlar üçün təhlükəsiz sığınacaq fəaliyyət göstərir.  

QHT.az xəbər verir ki, sığınacaqda zorakılıqdan zərər çəkmiş qadın və uşaqlar üçün təhlükəsiz və qoruyucu mühit yaradılır. Burada onlar yalnız müvəqqəti sığınacaqla təmin olunmur, eyni zamanda fərdi psixoloji və sosial dəstək alır, hüquqi məsləhətlərdən faydalanır, reabilitasiya prosesinə cəlb olunurlar. Qadın və uşaqların özünəinamının bərpası, sosial bacarıqlarının gücləndirilməsi və peşə yönümlü fəaliyyətlər vasitəsilə cəmiyyətə reinteqrasiya olunmaları üçün müvafiq şərait yaradılır.

Sığınacaqda qalan qadınların inkişaf potensialını   gücləndirmək və onların məlumatlılıq səviyyəsini artıraraq gələcək risklərdən qorunmalarını təmin etmək məqsədilə layihənin eksperti tərəfindən “İnsan alveri və onu doğuran səbəblər” mövzusunda maarifləndirici seminar təşkil edildi. Seminarda iştirakçılara insan alverinin mahiyyəti, yaranma səbəbləri və fərdlərə, eləcə də cəmiyyətə göstərdiyi mənfi təsirlər barədə ətraflı məlumat verildi. Həmçinin qadınların bu təhlükədən qorunması üçün zəruri biliklər, hüquqlarının müdafiəsi yolları və müraciət edə biləcəkləri dövlət və ictimai qurumlar haqqında praktik məsləhətlər təqdim olundu. Tədbir qadınların özünəinamını gücləndirməyə, həyat bacarıqlarını inkişaf etdirməyə və gələcəkdə qarşılaşa biləcəkləri risklərə qarşı daha hazırlıqlı olmalarına mühüm töhfə verdi.

Layihənin icrası davam edi.

Bundan əlavə, layihə eksperti Sudabə Məmmədova “İnsan alveri və onu doğuran səbəblər” mövzusunda maarifləndirici seminarla çıxış edib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təmas” Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən «Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlələrinin təşkili» layihəsinin icrası uğurla davam edir. Layihə çərçivəsində artıq üçüncü aydır ki, genderəsaslı zorakılıqdan zərərşəkmiş qadın və uşaqlara xidmət göstərən sığınacaq fəaliyyət göstərir. Sığınacaqda genderəsaslı zorakılıqdan zərərçəkmiş qadın və uşaqlara  psixo-sosial  dəstək göstərilir, ehtiyacı olanlar  təhlükəsiz sığınacaqla təmin edilirlər. Layihənin gender-eksperti  Südabə Məmmədova  bildirdi ki, Sığınacağın fəaliyyəti, yalnız təhlükəsiz məkana çıxışı təmin etmir, eyni zamanda regionda zorakılığa məruz qalmış qadın və uşaqların  sosial reinteqrasiyası,  hüquqi maarifləndirilməsi və iqtisadi gücləndirilməsi  üçün mühüm imkanlar yaradır.” Ötən gün layihə çərçivəsində maliyyənin idarə edilməsi ilə bağlı texniki iclas keçirilib. İclasda layihə komandasının üzvləri iştirak edib. Tədbirdə dövr üzrə maliyyə hesabatı təqdim edildi və layihə çərçivəsində həyata keçirilmiş xərclərin struktur təhlili aparıldı. Maliyyə şəffaflığının təmin olunması, daxili nəzarət mexanizmlərinin tətbiqi və onların effektivliyi ilə bağlı təkliflər müzakirə edildi. Həmçinin, mövcud və potensial riskləri müəyyənləşdirərək, həmin risklərin azaldılması üçün uyğun strategiyalar təqdim edildi.

Layihənin icrası davam edir.

Chosen
23
4
qht.az

5Sources