EN

Türk Dünyasının Gənclər Paytaxtı rəmzi olaraq Lənkərandan Almatıya ötürülüb

Türk Dünyasının Gənclər Paytaxtı rəmzi olaraq Azərbaycanın Lənkəran şəhərindən Qazaxıstanın Almatı şəhərinə ötürülüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev özünün "X" sosial media hesabında paylaşım edib.

Baş katib "Almatı – Türk Dünyasının 2025-ci il Gənclər Paytaxtı"nın açılış mərasimində iştirakdan məmnun olduğunu bildirib.

"Bu gün rəmzi olaraq titul Lənkərandan Almatıya ötürülür və bu da gəncliyimizin gələcəyi formalaşdırmadakı dinamik rolunu önə çıxarır", - o vurğulayıb.

Kubanıçbek Ömüralıyev türk dünyası gənclərinin birləşməsinin önəminə diqqət çəkərək bildirib ki, Almatı gənclərə yönəlik tədbirlərə ev sahibliyi edəcək, birliyi, innovasiyanı və dostluğu möhkəmləndirəcək.

Chosen
11
5
far.az

6Sources