AZ

Türk Dünyasının Gənclər Paytaxtı rəmzi olaraq Lənkərandan Almatıya ötürülüb FOTOLAR

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Türk Dünyasının Gənclər Paytaxtı rəmzi olaraq Azərbaycanın Lənkəran şəhərindən Qazaxıstanın Almatı şəhərinə ötürülüb. SİA xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev özünün "X" sosial media hesabında paylaşım edib.

Baş katib “Almatı – Türk Dünyasının 2025-ci il Gnclərə Paytaxtı”nın açılış mərasimində iştirakdan məmnun olduğunu bildirib.

"Bu gün rəmzi olaraq titul Lənkərandan Almatıya ötürülür və bu da gəncliyimizin gələcəyi formalaşdırmadakı dinamik rolunu önə çıxarır", - o vurğulayıb.

Kubanıçbek Ömüralıyev türk dünyası gənclərinin birləşməsinin önəminə diqqət çəkərək bildirib ki, Almatı gənclərə yönəlik tədbirlərə ev sahibliyi edəcək, birliyi, innovasiyanı və dostluğu möhkəmləndirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
5
sia.az

6Mənbələr