Bakı,19 avqust, AZƏRTAC
“Ferenvasoş” ilə “Qarabağ” indiyədək oxşar nəticələr əldə ediblər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanın millisinin və “Ferensvaroş” komandasının sabiq futbolçusu Yanoş Xrutka Budapeşt təmsilçisinin UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəyi oyunlar barədə danışarkən deyib.
Veteran yarımmüdafiəçi matçın taleyini xırda detalların həll edə biləcəyini söyləyib: “Qarabağ”ın əsas silahı 2008-ci ildən komandaya rəhbərlik edən baş məşqçisi Qurban Qurbanovdur. Onun beynəlxalq arenada yaxşı təcrübəsi var”.
Qeyd edək ki, bu gün keçiriləcək “Ferensvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab qarşılaşması avqustun 27-də Bakıda olacaq.