EN

Zelenski və Putin bu ölkədə görüşəcəklər - İDDİA


Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin görüşü barədə yeni iddia ortaya çıxıb. Bu barədə “Reuters” Ağ Evdəki mənbəyə istinadən yazır. Mənbənin məlumatına görə, Putin və Zelenskinin görüşü Macarıstanda keçirilə bilər. Lakin Kreml buna razılıq verdiyini açıq şəkildə elan etməyib.
ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Putinə zəng etdiyini, Rusiya və Ukrayna prezidentlərinin görüşü barədə danışıqlara başladığını bildirib. Bu görüşdən sonra Putin, Tramp və Zelenskinin üçtərəfli sammiti keçirilməlidir. Mənbə qeyd edib ki, bu ardıcıllığı məhz Putin təklif edib.

Mətləb Salahov

Chosen
22
18
baki-xeber.com

10Sources