EN

Bulvar İdarəsi: Yalnız bir əyləncə gəmimiz var, yenisi bu şərtlə gətirilə bilər

BAKI, 19 avqust. TELEQRAF

Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi səbəbindən 2022-ci ildə fasilə verilən gəmi gəzintiləri 2024-cüilin noyabrında bərpa edilib.

Bu barədəDənizkənarı Bulvar İdarəsinin Teleqraf-ın sorğusuna verdiyi cavabda bildirilib.

Məlumatda deyilir ki, 2024-cü ildə aparılan batimetriya (dənizin dərinliyinin ölçülməsi) işləri nəticəsində gəmilərin rahat və təhlükəsiz hərəkəti üçün yeni marşrut xətti müəyyən olunub. Bundan sonra ötən ilin 1 noyabr tarixindən “Mirvari” gəmisi yeni marşrut xəttinə əsasən Dəniz Vağzalının qarşısındakı körpüdən fəaliyyətə başlayıb.

Həmçinin, istismar xərclərinin artmasına baxmayaraq, gəminin fəaliyyəti bərpa ediləndə qiymətlərin artırılmayıb, 2016-cı ildə müəyyən edilmiş tariflər saxlanılıb.

Qiymətlər gəminin yerindən, mərtəbəsindən asılı olaraq 5-10 manatdır.

"450 nəfərlik tutuma malik “Mirvari” gəmisi mövcud tələbata cavab verir. Gələcəkdə sərnişin axınının artması və texniki şərtlərin imkan verməsi halında gəmilərin sayının artırılması nəzərdən keçiriləcək" - İdarədən bildirilib.

Hazırda gəmi biletləri gəminin dayanacaq ərazisində fiziki şəkildə satılır.Onlayn bilet satışının təşkili istiqamətində də işlər aparılır.

Chosen
26
teleqraf.com

1Sources