«Neftçi» rəhbərliyi Ramil Şaydayevə öz təklifi ilə tanış edib.
Əgər o, burada qalmaq istəyirsə, maaşının azaldılmasına razı olmalıdır.
Bakılılar hücumçunun məvacibinin 1/3 hissəsinin aşağı salınmasına razılıq verməsini istəyib. O, ən qısa zamanda bu çağırışa reaksiya verməlidir - ya «hə», ya da «yox»…
29 yaşlı hücumçunun adı klub tərəfindən iştirak ərizəsinə salınmayıb. Peşəkar Futbol Liqasına təqdim olunan sifariş ərizəsindən kənarda qalan forvardın müqəddəratına bu gün-sabah aydınlıq gələcək.
Rəhbərlik səviyyəsində toplantı keçiriləcək və orada bəlli olacaq ki, Şeydayev düşərgədə saxlanılacaq, yoxsa müqaviləsinə xitam veriləcək.
Samir Abasov onun getməsindən yanadır. Baş məşqçi ötən mövsüm 3 qolla yadda qalan «Zenit»in yetirməsini Polşa toplanışına aparsa da, yenə narazı qalıb.
Şeydayev 2024-cü ilin yayında «Kocaelispor»dan gəlib. Roman Qriqorçukun təkidi ilə komandaya cəlb edilən forvardla 3 illik müqavilə imzalanıb.
Vaxtilə «S»bah"ın da şərəfini qorumuş ön xətt oyunçusunun illik qazancı 550 min dollar civarındadır.
SPORTİNFO.AZ