EN

Putin və Zelenskinin görüşü Macarıstanda keçirilə bilər » AzadMedia.az


Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin görüşü Macarıstanda keçirilə bilər.

Bu barədə “Reuters” Ağ Evdəki mənbəyə istinadən yazır.

Mənbənin məlumatına görə, Putin və Zelenskinin görüşü Macarıstanda keçirilə bilər. Lakin Kreml buna razılıq verdiyini açıq şəkildə elan etməyib.

Almaniya kansleri Fridrix Merts bundan əvvəl bildirib ki, Ukrayna və Rusiya prezidentləri növbəti iki həftə ərzində görüş keçirəcəklər.

ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Putinə zəng etdiyini, Rusiya və Ukrayna prezidentlərinin görüşü barədə danışıqlara başladığını bildirib. Bu görüşdən sonra Putin, Tramp və Zelenskinin üçtərəfli sammiti keçirilməlidir.

Mənbə qeyd edib ki, bu ardıcıllığı məhz Putin təklif edib.
Chosen
22
18
azadmedia.az

10Sources