EN

İtaliya Azərbaycandan neft alışını 50%-ə yaxın artırıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İtaliyaya 4,424milyard ABŞ dolları dəyərində 8,431 milyon ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 824 milyon ABŞ dolları və ya 22,9%,həcm ifadəsində isə 2,759 milyon ton və ya 48,6% çoxdur.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan İtaliyaya3,600 milyard ABŞ dolları dəyərində 5,671 milyon ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilmişdi.

Dövr ərzində İtaliya Azərbaycanın ən çox neft ixrac etdiyiölkələr sırasında ilk pillədə qərarlaşıb.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illikifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Məqalədə:
Chosen
59
8
az.trend.az

10Sources