Çinin xarici işlər naziri Vanq Yi avqustun 21-də Pakistana səfər edəcək.
Bakues.az Pakistan XİN-ə istinadən xəbər verir ki, Vanq Yi Pakistan-Çin XİN rəhbərlərinin Strateji Dialoqunun 6-cı konfransına həmsədrlik edəcək.
Qeyd edək ki, Çinin XİN rəhbəri hazırda Hindistanda rəsmi səfərdədir.