EN

Paytaxtda moped və qızıl-zinət əşyası oğurlayanlar saxlanıldı

Bakının Sabunçu rayonunda talama cinayəti qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakıxanov qəsəbə sakininin yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi avtomobilindən 8000 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb. Bu barədə zərərçəkmiş polisə müraciət edib.

Qeyd edilib ki, Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 26 yaşlı Ə.Namazov saxlanılıb.

 

Həmçinin məlumatda bildirilib ki, şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə zərərçəkmişə məxsus mopedi oğurlamaqda şübhəli bilinən A.Şükürov da saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Chosen
81
19
day.az

10Sources