EN

DİM müsabiqədən kənar tələbə adı alanların sayını açıqladı

Bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 88 nəfər respublika fənn olimpiadası, 83 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 35 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər. pizza

Artıq 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir. Onların Dövlət İmtahan Mərkəzinə müraciətləri əsasında sənədləri yoxlanılıb və ixtisas seçimi etmək üçün Mərkəzə dəvət olunublar.

Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi, ümumilikdə 676 abituriyent ADA Universitetinə qəbul olunub.

Daha ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.


Telegram kanalımız
Chosen
70
31
yenisabah.az

10Sources