EN

Sabirabadda yabanı halda bitən 2 tondan artıq çətənə bitkisi məhv edilib

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları şərti adı “Xaş-xaş-2025” olan kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya. Az-a verilən məlumata görə, həmin tədbir çərçivəsində rayonun Cavad və Əlicanlı kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

Ümumi çəkisi 2 ton 110 kiloqram olan 2 min 357 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Chosen
44
8
ekologiya.az

10Sources