EN

Ölkəmiz meyvə-tərəvəz ixracından bu qədər gəlir əldə edib

2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 506.4 milyon ABŞ dolları dəyərində 490.6 min ton meyvə-tərəvəz ixrac edilib.

“Cebheinfo.az” Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 32 % və ya 122.5 milyon dollar, həcmi isə 33.1 % və ya 122 min ton artıb.

2024-cü ilin ilk 7 ayında Azərbaycan 383.9 milyon ABŞ dolları dəyərində 368.6 min ton meyvə-tərəvəz ixrac edib.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 156.9 milyon dollar dəyərində pomidor (143.6 min ton), 82.5 milyon dollar dəyərində meşə fındığı (11.4 min ton), 38.3 milyon dollar dəyərində alma (54.4 min ton ), 32.9 milyon dollar dəyərində xurma (45.8 min ton), 28.1 milyon dollar dəyərində kartof (70.8 min ton), 4.3 milyon dollar dəyərində nar (5 min ton) olub.

Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3.33 %-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 24.25 %-ə bərabər olub.

“Cebheinfo.az”

Chosen
16
6
cebheinfo.az

7Sources