EN

Voronej yaxınlığında qul əməyindən istifadə edən ferma aşkarlanıb

Poliqon xəbər verir ki, Rusiya Federasiyasının Voronej vilayətinin Podkolodnovka kəndində qul əməyindən istifadə edilən gizli ferma üzə çıxıb. Yerli sakinlərin dediyinə görə, fermada təxminən 100 nəfər qeyri-qanuni şəkildə saxlanılırmış. İnsanlar "gündəlik 2000 rubla qədər əməkhaqqı" və yaşayış yeri vədi ilə kəndə cəlb olunub, lakin əraziyə gətirildikdən sonra hündür hasarın içində kilidlənərək işlədiliblər.

Zərərçəkmişlərin sözlərinə görə, fermaya nəzarəti kənd sakini olan Nadежda Vasilyevna və onun oğlanları həyata keçirirmiş. Onlar işçiləri yalnız yaxınlıqdakı mağazaya aparır, həm də mütləq nəzarət altında saxlayırmışlar. Qaçmaq cəhdinə və ya işdə "səhvlərə" görə insanların döyüldüyü bildirilir. İşçilərə əsasən vaxtı keçmiş ərzaqlar verilirmiş.

Hadisə barədə məlumat alan könüllülər bir qrup insanı azad edə biliblər. Faktla bağlı toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub.

Poliqon.info

Chosen
49
poliqon.info

1Sources