Qana prezidenti Con Dramani Mahama 998 məhbusu əfv etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, yerli medianın məlumatına görə, əfv Penitensiar Xidmətlər Şurasının tövsiyəsi və Dövlət Şurası ilə məsləhətləşmələrdən sonra verilib.
Qərarın həbsxana sıxlığını azaltmaq və humanitar əsasları dəstəkləmək məqsədi daşıdığı qeyd olunub.