Sabirabadda yabanı halda bitən 2 tondan artıq çətənə bitkisi məhv edilib.
Avtosfer.az xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Cavad və Əlicanlı kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 2 ton 110 kiloqram olan 2357 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.