EN

Türkiyədə 2023-cü il zəlzələsindən zərər görmüş hava limanının işi bərpa olunacaq

Türkiyənin cənubundakı Hatay vilayətinin hava limanından müntəzəm uçuşlar sentyabrın 1-i bərpa olunacaq. Bu barədə AZƏRTAC Hatay valisi Mustafa Masatlıya istinadla xəbər verir.

M.Masatlı jurnalistlərə xatırladıb ki, hava limanı 2023-cü ilin fevralında episentri Kahramanmaraş olan zəlzələlər nəticəsində ciddi zərər çəkib və bu, səlahiyyətliləri yenidənqurma tamamlanana qədər bütün uçuşları dayandırmağa məcbur edib.

Onun sözlərinə görə, hava limanının təmiri ilə Hatayda əvvəllər həyata keçirilməyən beynəlxalq reyslər qəbul ediləcək. Hatayda müntəzəm reyslərin sayı həftədə 21-dən 49-a çatdırılacaq.

Vali əmin edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə Hatayda meqa layihələr davam etdiriləcək.

Chosen
6
1
ekologiya.az

2Sources