EN

"Google" 30 milyon avro cərimələnib

“Google” şirkəti Avstraliyanın iki ən böyük telekommunikasiya operatoru “Telstra” və “Optus” ilə qeyri-qanuni müqavilələr bağladığına görə 30 milyon avro cərimə ödəyəcək.

“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, bu operatorun xidmətindən istifadə edən smartfonlarda məcburi “Google” axtarış sistemi quraşdırılıb. Bunun müqabilində operatorlar “Google”nin reklam gəlirlərindən pay alıblar.

Lakin, Avstraliyada belə bir təcrübə birbaşa qanunla qadağandır: Avstraliya Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komissiyasının bəyanatında vurğulanır ki, “rəqabətin məhdudlaşdırılması adətən istehlakçılar üçün məhdud seçimə, şişirdilmiş qiymətlərə və daha pis xidmətə gətirib çıxarır”.

“Google” bu arqumentlərlə razılaşmaq məcburiyyətində qalıb və cərimə ödəməyə razılaşıb.

Chosen
8
4
ikisahil.az

7Sources