EN

“Hörmət çərçivəsində ayrıldıq”

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli aktrisa Pelin Akil həyat yoldaşı Anıl Altandan ayrılması haqda danışıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, keçmiş həyat yoldaşı ilə küsülü olmadıqlarını söyləyib:

“Barışmısınız deyirlər, onsuz da küsülü deyilik. Uşaqlarımız üçün bir araya gələcəyik. Artıq bizi birlikdə tez-tez görə bilərlər. Prioritetimiz uşaqlarımızdır, onları düşünürəm. Bir-birimizi sevərək və hörmət çərçivəsində ayrıldıq. O, hər zaman mənim dostum olaraq qalacaq”.

Qeyd edək ki, yeni ayrılan cütlüyün əkiz qızları var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
1
qafqazinfo.az

2Sources