EN

“Yaşıl” enerji hədəfləri milliprioritetlər sırasındadır

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Qarabağ və Şərqi Zəngəzur isə “təmiz enerji” zonasına çevrilir

Energetika Nazirliyi yanında Bər­pa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdul­layev mediaya müsahibəsində hazırda respublikada istehsal edilən bərpa olu­nan enerjinin ixraca yönəldilməsi is­tiqamətində genişmiqyaslı layihələrin həyata keçirildiyini bildirib. Agentlik rəsmisi ənənəvi enerji resurslarından asılılığın azaldılması üzrə təşəbbüs­lərin gerçəkləşdirilməsindən danı­şarkən 2030-cu ilədək bərpa olunan enerji mənəbələri payının ümumi ya­tırımda 30 faizə çatdırılmasını önəmli vəzifə kimi vurğulayıb. O, ilkin hesab­lamalarla, Azərbaycanda bu məqsə­də 2027-2028-ci illərdə nail olunacağı proqnozunu da diqqətə çatdırıb. 

Qeyd edilib ki, işğaldan azad olunan ərazilərdə bunun üçün geniş imkanlar var – təxminən, 500 meqavatt hidroenerji poten­sialı mövcuddur. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çox sayda dağ çayları hidroenerji imkanlarını artırır. Cəbrayıl və Zəngilan günəş, Kəlbəcər-La­çın zonası isə külək enerjisi zənginliyi ilə diqqət çəkir. Hazırda bp şirkəti ilə Cəb­rayılda ilkin investisiya dəyəri 200 mil­yon dollar olan və 240 meqavatt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası (GES), eləcə də hər biri 50 MVt gücündə olan “Üfüq” və “Şəms” GES layihələri reallaş­dırılır. 2027-ci ilin sonunadək isə bu stan­siyaların istismara verilməsi planlaşdırılır.

Bütün bunlar deməyə əsas verir ki, Pre­zident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası çərçivəsində “yaşıl” enerji sektoruna böyük siyasi və iqtisadi diqqət yetirilir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl” enerji zonası elan olunması, Xəzər dənizinin külək enerjisi potensialının beynəlxalq konsorsiumlarla birgə inkişaf etdirilməsi, eləcə də bərpa olunan enerji sahəsində hüquqi və texniki bazanın gücləndirilməsi Azərbaycanın bu istiqamətdə sistemli və ardıcıl fəaliyyəti­ni göstərir. Lakin bu fəaliyyət təkcə milli sərhədlərlə məhdudlaşmır. respublikamı­zın təşəbbüsü ilə irəli sürülən və artıq bey­nəlxalq sənədlərlə təsbit olunan layihələr ölkəmizin regional enerji arxitekturasında əsas istehsalçı, tranzit və paylayıcı mərkəzə çevrilməkdə olduğunu təsdiqləyir.

Bu inkişaf strategiyası çərçivəsində Azərbaycanın enerji siyasəti yeni mər­hələyə daxil olub. Əgər ötən onilliklərdə ölkəmiz əsasən, neft-qaz resursları ilə dün­ya enerji bazarına inteqrasiya edirdisə, bu gün artıq “yaşıl” enerji Azərbaycanın milli prioritetlərinin mərkəzinə çevrilib. Bərpa olunan enerji resurslarının inkişaf etdiril­məsi isə təkcə ekoloji dayanıqlığın təmina­tı deyil, həm də respublikamızın geosiyasi mövqelərinin gücləndirilməsi, iqtisadiyya­tın şaxələndirilməsi və beynəlxalq tərəf­daşlıqların dərinləşdirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Azərbaycanın enerji siyasətində ən mühüm qərarlardan biri Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunmasıdır. Bu qərar həm ekoloji cəhət­dən, həm də iqtisadi-sosial baxımdan regi­onun gələcək inkişafını müəyyənləşdirən əsas strateji yanaşmadır. Dövlətimizin baş­çısı dəfələrlə vurğulayıb ki, bu ərazilərdə yeni infrastruktur yalnız ən müasir və eko­loji təmiz texnologiyalar əsasında quru­lacaq. Bu isə Azərbaycanın ümumi enerji siyasətinə uyğun olmaqla yanaşı, həm də dünya üçün nümunəvi bir yanaşma kimi dəyərləndirilir. 

İşğaldan azad edilmiş ərazilərin ener­ji təminatında günəş, külək və hidroener­ji əsas rol oynayır. Artıq kiçik su elektrik stansiyalarının bərpası və yenilərinin isti­fadəyə verilməsi, eləcə də günəş panellə­rinin quraşdırılması istiqamətində konkret addımlar atılır. Bu model gələcəkdə digər regionlara da tətbiq edilə biləcək “yaşıl in­kişaf laboratoriyası” rolunu oynayacaq.

Azərbaycanın bərpa olunan enerji siyasətində əsas istiqamətlərdən biri də Xəzər dənizinin külək enerjisi potensia­lının reallaşdırılmasıdır. Beynəlxalq eks­pertlərin hesablamalarına görə, Xəzər hövzəsi 150 QVt-dan artıq külək enerjisi istehsal etmək gücünə malikdir. Bu isə Azərbaycanın yalnız regional deyil, eyni zamanda, qlobal enerji bazarında mühüm oyunçuya çevrilməsini şərtləndirir. 

Ölkəmiz artıq aparıcı beynəlxalq enerji şirkətləri ilə strateji əməkdaşlıq sazişlə­ri imzalayıb. Xüsusilə “ACWA Power”, “Masdar”, bp və digər nəhəng şirkətlərlə həyata keçirilən layihələr Azərbaycanın “yaşıl” enerji ixracatçısı roluna yüksəlməsi üçün möhkəm zəmin yaradır. Bu əməkdaş­lıqlar təkcə texnoloji transfer deyil, həm də ölkənin investisiya mühitinin beynəlxalq arenada daha da etibarlı tərəfdaş kimi ta­nınmasına xidmət edir.

Bərpa olunan enerji sahəsinin inkişafı yalnız iqtisadi və siyasi qərarlarla məh­dudlaşmır. Bu istiqamətdə güclü hüquqi və texniki baza da formalaşdırılır. Son il­lərdə qəbul edilən qanunvericilik aktları, “yaşıl” enerji ilə bağlı dövlət proqramları, investisiya təşviq mexanizmləri və texniki standartlar sahənin sürətli inkişafına təkan verir. Eyni zamanda, Azərbaycanın enerji diplomatiyası da bu prosesə uyğunlaşdırı­lır. 

Ölkəmiz Avropa İttifaqı ilə “yaşıl” enerji əməkdaşlığı çərçivəsində mühüm sənədlər imzalayıb, Cənub Qaz Dəhlizi ilə yanaşı, “yaşıl enerji dəhlizi”nin yaradılma­sı təşəbbüsü ilə çıxış edib. Bu layihə Xəzər hövzəsindən Avropaya qədər uzanan yeni bir enerji marşrutu formalaşdırmasına zə­min yaradıb. 

Prezident İlham Əliyevin təşəbbüs­ləri sayəsində bu gün ölkəmiz regional enerji arxitekturasında aparıcı istehsalçı, tranzit və paylayıcı mərkəzə çevrilməkdə­dir. Qafqazdan Avropaya, Orta Asiyadan Türkiyə və Aralıq dənizi hövzəsinə qədər uzanan enerji marşrutları Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Bu xüsusda Zəngəzur dəhlizi (Tramp yolu) layihəsi də xüsusi əhəmiyyət kəsb edir. Yalnız nəq­liyyat deyil, həm də enerji infrastrukturu baxımından yeni imkanlar açan bu dəhliz “yaşıl” enerjinin regional bazarlara inteq­rasiyasını da şərtləndirir.

Beləliklə, Azərbaycanın “yaşıl” enerji siyasəti milli inkişaf strategiyasının ayrıl­maz hissəsinə çevrilib. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması, Xəzər dənizinin külək potensi­alının reallaşdırılması, hüquqi və texniki bazanın gücləndirilməsi, beynəlxalq əmək­daşlıqların genişləndirilməsi bu siyasətin prioritet istiqamətləridir. Eyni zamanda, ölkəmiz bu istiqamətdə atdığı addımlarla təkcə ekoloji və iqtisadi dayanıqlılıq əldə etmir, eyni zamanda, regional və qlobal enerji xəritəsində yeni bir mərkəzə çevrilir. Bu isə Azərbaycanın XXI əsrin enerji geo­siyasətində mövqeyini daha da gücləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
1
xalqqazeti.az

2Sources