EN

Karlos Sayns “Villiams” komandasının gələcək planlarından danışdı

İspaniya əsilli Formula-1 pilotu Karlos Sayns “Villiams” komandasında 2026-cı ildən qüvvəyə minəcək yeni texniki tənzimləmələr üzərində aparılan işlər barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Racingnews365" onun dediklərini belə çatdırıb.

“Mən baxıram bütün komanda tərəfindən 2026, 2027 və 2028 üçün görülən işlərə və başa düşürəm ki, məhz bu komandaya gəldim. Mən burada yalnız 2025-ci il mövsümü üçün deyiləm. Hər keçən gün bu komanda daha yaxşı görünür. Eyni zamanda hələ üzərində işləməli və hər bir üzv tərəfindən təkmilləşdirilməli çox şey var, çünki uzun bir siyahı üzərində çalışırıq.

Amma bəli, komandanı seçdiyim üçün məmnunam və düşünürəm ki, biz sadəcə tələsməməliyik. Bir məqamda 2025-ci ilin nəticələri də 2026-cı ilin inkişafına təkan verəcək”.

Chosen
107
50
90deqiqe.az

10Sources