EN

Rahid Əmirquliyev - “Şahdağ Qusar”ın yeni prezidenti!

Futbol üzrə Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Rahid Əmirquliyev “Şahdağ Qusar” klubuna rəhbər təyin edilib.

Arena.az xəbər verir ki, yeni mövsümdən Azərbaycan Birinci Liqasında çıxış edəcək “Şahdağ Qusar” klubunda yeni təyinat gerçəkləşib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, komandanın kapitanı Rahid Əmirquliyev klubun yeni prezidenti seçilib. 35 yaşlı yarımmüdafiəçi həm komandanın kapitanı kimi meydanda olacaq, həm də klub rəhbəri kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, “Xəzər Lənkəran” və “Qarabağ”ın sabiq üzvü olan Əmirquliyev 2023-cü ildən “Şahdağ Qusar”da çıxış edir. Onun komandası ötən mövsüm 2-ci liqanın qalibi olub.

Chosen
38
12
arena.az

10Sources