Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Modern.az xəbər verir ki, Zelenski Vaşinqtona geniş nümayəndə heyəti ilə gedib.
Onun yanında bir sıra yüksək vəzifəli rəsmilər yer alacaq:
Andriy Yermak – Zelenskinin administrasiyasının rəhbəri;
Sergiy Kisiltsya – xarici işlər nazirinin birinci müavini, Ukraynanın BMT-dəki sabiq daimi nümayəndəsi;
Rustem Umerov – Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, İstanbul danışıqlarında Ukrayna nümayəndə heyətinin rəhbəri;
Pavlo Palisa – sabiq hərbi komandir, prezident administrasiyası rəhbərinin müavini;
İqor Brusilo – prezident administrasiyası rəhbərinin müavini.