Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Taksi çağırıb sürücünü qarət edən iki dost saxlanılıb. Avtosfer.az xəbər verir ki, Rusiyada baş verən hadisənin görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb.
Belə ki, Sankt-Peterburqdan olan iki dost taksi çağırıblar. Sifariş edilən ünvana gələn taksiyə əyləşən gənclər biri arxa oturacaqdan sürücünün boynuna sarılıb, ön oturacaqda əyləşən digəri isə onun üst başını yoxlayaraq kameraya çəkib. Dostlar zərərçəkənin üzərindən 64 manat taparaq götürüblər. Bundan sonra sürücü düşərək qaçıb. Bununla da kifayyətlənməyən cinayətkarlar avtomobili qaçıraraq satmaq qərarına gəliblər. Lakin bir müddət sonra qəza törədiblər.
Nəticədə 20-21 yaşlarında olan iki gənci polis əməkdaşları tərəfindən saxlanılıb.
Yerli KİV-in məlumatına görə, hadisə zamanı sürücü çənə sınığı və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Taksi şirkəti isə oğurlanmış avtomobili 25344 manat dəyərində qiymətləndirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sözügedən hadisənin videosunu təqdim edirik.
Namiq Musayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.