AZ

İki yük maşının arasında qalan “Chery” əzildi 3 nəfər öldü VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Üç nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyada Yekaterinburq-Tümen avtomobil yolunun 267-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan "Scania" markalı yük maşını yol təmiri ilə əlaqədar yaranan tıxacda dayanan “Chery” markalı minik avtomobilini arxadan vurub. Zərbənin təsirindən minik avtomobili qarşıda dayanmış başqa bir yük maşınının altına girərək deformasiyaya uğrayıb. Qəza nəticəsində “Chery”də olan üç nəfər hadisə yerində ölüb, xəsarətlər alan "Scania"nın sürücüsü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
4
avtosfer.az

10Mənbələr