EN

İrəvanda iş adamı avtomobilində ölü tapılıb

Ermənistanlı iş adamı Karen Qasparyan İrəvanda ölü tapılıb.

“Report” xəbər verir ki, bu barədə “Armlur” nəşri məlumat yayıb.

Məlumata görə, başın gicgah nahiyəsindən güllə yarası almış kişinin meyiti Dəmirçyan küçəsində “Mercedes-Benz” markalı avtomobildə, əlində tapança aşkar edilib. İlkin versiyaya görə, bu, intihar ola bilər.

Hazırda hadisə yerində əməliyyatçılar işləyir. Qeyd olunur ki, Qasparyan Ermənistan paytaxtında elit yaşayış komplekslərinin tikintisi ilə məşğul olub.

Chosen
20
23
report.az

10Sources