Fələstinin HƏMAS hərəkatı Qəzza sektorunda saxlanılan İsrail girovlarının yarısını buraxmağa razılaşıb.
APA xəbər verir ki bu barədə “Əl-Kahira əl-İxbaria” telekanalı məlumat yayıb.
Məlumata görə, bunun qarşılığında İsrail tərəfi müəyyən sayda fələstinli məhbusu azad etməlidir.
Qeyd edilir ki, bu razılaşma 60 günlük atəşkəs çərçivəsində həyata keçiriləcək.
HƏMAS-ın razılaşdığı təklif Misir və Qətər vasitəçiləri tərəfindən irəli sürülüb.
Təklifə əsasən, İsrail hərbi qüvvələrinin Qəzzanın dərinliklərindən geri çəkilməsi təmin ediləcək ki, enklavda humanitar yardımlar maneəsiz çatdırılsın.