HƏMAS hərəkatı fələstinli məhbusların qarşılığında Qəzza zolağında saxlanılan israilli girovların yarısını azad etməyə razılaşıb.
“Report” xəbər verir ki, bu barədə Misirin “Al Qahera News” telekanalı məlumat yayıb.
Mübadilə 60 günlük atəşkəs çərçivəsində baş tutmalıdır.
Telekanalın mənbələrinin verdiyi məlumata görə, Misir və Qətər vasitəçilərinin irəli sürdüyü və HƏMAS-ın dəstəklədiyi təklifdə İsrail qoşunlarının Qəzzadan çıxarılması da nəzərdə tutulub. Bu, humanitar yardımın anklav ərazisinə maneəsiz daxil olmasını təmin etmək üçün zəruridir.