EN

Davud Mənsumov “Şamaxı”da

“Qarabağ”ın gənc hücumçusu, 19 yaşlı futbolçu Davud Mənsumov bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Şamaxı”nın mətbuat xidmətinə istinadən xəbər verir.

Sözügedən klub Davudu “Qarabağ”dan icarə əsasında heyətinə qatıb. 19 yaşlı hücumçu növbəti mövsümün sonunadək bu komandada çıxış edəcək.

Davud Mənsumov “Qarabağ”ın yetirməsidir. O, bu vaxta qədər Ağdam klubunun U-19 və əvəzedicilərdən ibarət komandalarında forma geyinib. Davud Azərbaycanın U-17 millisində də çıxış edib.

“Şamaxı” daha öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Sezar Henrike Dias Santos, David Santos, Rikardo Apolinario, Bilal İsmayılov, Ravil Qafarov, Abdullahi Şuaybu, Səlim Həşimov, Sənan Muradlı və Antonio Laranı da heyətinə qatmışdı. Rikardo Fernandes, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli ilə də yeni müqavilə imzalanıb.

Kamal Bayramov (karyerasını başa vurub), Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli, Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov, Vüsal Məsimov, Səbayıl Bağırov və Sahib Həsənov da komandanı tərk ediblər.

Chosen
10
7
arena.az

10Sources