EN

Robbi Kin: “Qarabağ”a ciddi problemlər yarada bilərik”

“Ferentsvaroş” UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında “Qarabağ”ı qəbul edəcək.

Publika.az xəbər verir ki, Macarıstan təmsilçisinin baş məşqçisi Robbi Kin matçdan əvvəl keçirilən mətbuat konfransında iştirak edib. İrlandiyalı mütəxəssis “Qarabağ”ın güclü rəqib olduğunu deyib:

“İki komanda eyni gücdədir. Bacardığımız və istədiyimiz kimi oynasaq, rəqibə ciddi problemlər yarada bilərik. Təhlükəli və qol vura bilən futbolçularımız var. Rəqib çox yaxşı komandadır. Güclü komanda ilə qarşılaşacağımızı bilirik. Onların da şansları olacaq. Biz bəzən çox konsentrasiyalı olmalıyıq. Azarkeşlərimizndən xahiş edirəm ki, “Ludoqorets”lə qarşılaşmada hiss etdiyimiz enerjini stadiona gətirsinlər. Matçın açarı bu iki görüşdə qol buraxmamaq olacaq”.

Chosen
71
50
publika.az

10Sources