Türkiyənin "Beşiktaş" klubu futbolçusu Elan Rikardonu icarəyə verib.
Fanat.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
21 yaşlı kolumbiyalı yarımmüdafiəçi 2025/2026 mövsümündə Braziliyanın "Atletiko Paranaense" komandasının formasını geyinəcək.
Cənubi Amerika təmsilçisi mövsümün sonunda onu birdəfəlik almaq hüququna malikdir.
Qeyd edək ki, Elan Rikardo cari ilin fevralında "Beşiktaş"a keçib.