Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Anar Nəsirov deyib.
O, bildirib ki, avqust–sentyabr aylarında bölgələrdən Bakıya üz tutanların sayı xeyli artıb:
“Bunun əsas səbəbləri istirahət mövsümünün sona çatması və yeni dərs ilinə hazırlıqdır. Tələbə adını qazanmış abituriyentlər və rayonlarda yaşayan kirayəçilər paytaxta üz tutaraq mənzil axtarışına çıxıblar. Bu isə bazarda çatışmazlıq yaradaraq qiymətlərin artmasına səbəb olub”.
Ekspert bildirib ki, 2024-cü illə müqayisədə 2025-ci ildə kirayə mənzilə tələbat daha yüksəkdir:
“Bunun bir səbəbi tələbələrin və istirahətdən qayıdanların paytaxta toplanmasıdırsa, digər mühüm səbəb şəhərin müxtəlif yerlərində aparılan söküntü işləridir. Bu ərazilərdə yaşayan sakinlər kirayə mənzillərə üz tutduqlarına görə bazarda əlavə yüklənmə yaranır. Nəticədə əvvəlki illərlə müqayisədə kirayə mənzil bazarına daha az mənzil çıxarılır. Məsələn, əgər keçən il hər gün 15–20 mənzil bazara daxil olurdusa, bu gün həmin rəqəm 5–6-ya enib. Tələb təklifi üstələdiyindən qiymət artımı qaçılmazdır”.
Onun sözlərinə görə, xüsusilə 300–600/700 manat aralığında olan mənzillərə tələbat çoxdur:
“Bu seqmentdə əsasən tələbələr və aşağı gəlirli ailələr ev axtarır. Statistik olaraq müraciətlərin 60–65 faizi məhz bu qiymət aralığındadır. Ona görə də həmin mənzillərdə qiymət artımı daha kəskin müşahidə olunur. Daha yüksək qiymətli mənzillərə isə tələbat nisbətən azdır və bu səbəbdən qiymət artımı da zəifdir.
Ümumilikdə, bu il kirayə mənzil bazarında ən çox bahalaşma şəhərin mərkəzinə yaxın ərazilərdə və universitetlərin ətrafında yerləşən evlərdə qeydə alınır”.
Əfsanə Kamal
Demokrat.az
10Sources
-
demokrat.azYeni tədris ili: Kirayə mənzil qiymətləri yenə bahalaşdı ( 20460939)
-
demokrat.azYeni tədris ili: Kirayə mənzil qiymətləri yenə bahalaşdı ( 20460921)
-
demokrat.azYeni tədris ili və söküntü işləri: Kirayə mənzil qiymətləri yenə bahalaşdı ( 20460888)
-
demokrat.azVətəndaşlar sənədsiz evlərini necə qanuniləşdirə bilər? AÇIQLAMA ( 20459187)
-
demokrat.azVətəndaşlar sənədsiz evlərini necə qanuniləşdirə bilər? — AÇIQLAMA ( 20459115)
-
referans.azEv bazarını qarışdıran əl: Nə sata bilirlər, nə də yaşaya... ( 20456763)
-
azedu.azRayon yerlərində kirayə qiymətləri necədir? - Tələbə kirayənişinlərin DİQQƏTİNƏ ( 20454297)
-
cebheinfo.azEv bazarını qarışdıran əl: Nə sata bilirlər, nə də yaşaya... ( 20449209)
-
cebheinfo.azEv bazarını qarışdıran əl: Nə sata bilirlər, nə də yaşaya... ( 20448153)
-
sitat.infoSənədsiz evlərə “yaşıl işıq” Amnistiya yaxınlaşır ( 20373060)