EN

Zelenski Trampın xüsusi elçisi ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla Vaşinqtonda görüşü zamanı döyüş meydanındakı vəziyyəti və Rusiya-Ukrayna münaqişəsinin həlli üçün diplomatik variantları müzakirə ediblər.

Tribunainfo.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

“Biz döyüş meydanındakı vəziyyəti, güclü diplomatik imkanlarımızı – Ukraynanı və bütün Avropanı Amerika ilə birlikdə müzakirə etdik. Rusiyanı yalnız güc yolu ilə sülhə məcbur etmək olar və prezident Trampın belə gücü var. Biz hər şeyi düzgün etməliyik ki, həqiqətən də, sülh olsun”, – Zelenski teleqram kanalında yazıb.

O, görüşə və Ukrayna komandası ilə işlədiyinə görə Kelloqa təşəkkür edib.

“Prezident Tramp bu gün Ukraynanı və digər Avropa ölkələrini Vaşinqtona dəvət etdi. Bu, belə formatın ilk görüşüdür – çox ciddi. Söhbət Avropada bir nəfər üçün sülhdən gedirsə, bu, orada hamının üzərinə düşür. Biz müharibəni bitirmək və təhlükəsizliyi etibarlı şəkildə təmin etmək üçün mümkün qədər məhsuldar işləməyə davam etməyə hazırıq. Bunlar əsas şeylərdir”, – Zelenski vurğulayıb.

Ukrayna lideri qeyd edib ki, Rusiyanın Ukrayna şəhərlərinə hücumları bazar ertəsi gecə də davam edib. Ölənlər arasında iki uşaq, onlarla yaralı da var.

Chosen
52
50
tribunainfo.az

10Sources