EN

Zelenski Trampın xüsusi elçisi ilə GÖRÜŞDÜ

Ajans.az xəbər verir ki, görüş Ağ Evdə baş tutacaq danışıqlara hazırlıq mərhələsi kimi qiymətləndirilir. “Görüşə və komandamızla birgə əməkdaşlığa görə təşəkkür edirəm. Prezident Tramp bu gün Ukraynanı və digər Avropa ölkələrini Vaşinqtona dəvət edib. İlk dəfədir ki, görüş bu formatda keçirilir — bu, çox ciddi addımdır”, — Zelenski “Telegram” hesabında bildirib. Dövlət başçısı vurğulayıb ki, Avropanın bir ölkəsində sülh məsələsi bütün qitəni maraqlandırır. O, müharibəni bitirmək və etibarlı təhlükəsizlik zəmanətləri qurmaq üçün “maksimum məhsuldar işləməyə” hazır olduqlarını qeyd edib. Görüşdə, o həmçinin Rusiyanın davam edən hücumlarını yada salıb. Onun sözlərinə görə, son zərbələr nəticəsində Ukrayna şəhərlərində iki uşaq həlak olub, onlarla insan isə yaralanıb.

“Biz döyüş meydanındakı vəziyyəti, diplomatik imkanlarımızı — Ukraynanın və bütün Avropanın ABŞ-la birgə potensialını müzakirə etdik. Rusiyanı sülhə yalnız güc məcbur edə bilər və prezident Trampın belə gücü var. Ən vacibi, hər şeyi düzgün etməkdir ki, həqiqi sülh baş tutsun”, — Zelenski vurğulayıb.

Chosen
61
50
Ajans.az

10Sources