EN

Salyanda ağır qəza – Ölən və xəsarət alanlar var

Salyanda ağır yol-nəqliyyat hadisəsi  olub.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan rayon sakini Azər Cabbarovun idarə etdiyi “Mersedes” markalı minik avtomobil həmyerlisi Şahlar Rzayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Qəzada “VAZ-2107”də olan sərnişin Salyanın Şəkərli kənd sakini 1955-ci il təvəllüdlü Qəribxan Qəfərov hadisə yerində ölüb.

Qəzada xəsarət alanlar – Şahlar Rzayev, avtomobillərdə olan iki sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilib, ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
111
50
heftelik.az

10Sources