EN

Paşinyan: “Sülhü sıfırdan öyrənəcəyik və onu Azərbaycanla birlikdə quracağıq”

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində bölgədə yeni reallıqların formalaşdığını bildirib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, o, bildirib ki, 8 avqustdan sonra biz tamamilə başqa bir Cənubi Qafqazda, tamamilə başqa bir Ermənistan Respublikasında yaşayırıq: “Bu faktı dərk etməliyik. Bu, asan deyil, çünki bu vəziyyət bizə tanış deyil. Biz – Üçüncü Respublikanın vətəndaşları – sülhün nə olduğunu, sülh şəraitində yaşamağın və işləməyin nə demək olduğunu bilmirik. Çünki müstəqillik əldə etdikdən sonra daim münaqişə şəraitində – nə sülh, nə müharibə şəraitində yaşamışıq”.

Paşinyan əlavə edib ki, xalq indi sıfırdan öyrənməlidir: “Sülh nədir, o necə görünür, onun mənası nədir? Biz bu anlayışa yiyələnməliyik. Və o, bizim verdiyimiz forma ilə olacaq. Əlbəttə, bu yolda biz tək olmayacağıq, Azərbaycanla birlikdə quracağıq”.

Chosen
2
50
konkret.az

10Sources