EN

Problemin həlli yolu AYNA nın “ayna”sını düzəltməkdir Fazil Mustafa

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bakı şəhərində nəqliyyatın tənzimlənməsi və tıxac probleminin həlli artıq uzun illərdir ki, ciddi narahatlıq doğuran məsələlərdən biridir. Bu, sadəcə gündəlik narahatlıq deyil”. Bu fikirləri Demokrat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.O bildirib ki, şəhər sakinləri üçün real vaxt itkisinə, əsəb gərginliyinə və sosial həyatda ləngimələrə səbəb olur:“Mövcud vəziyyət göstərir ki, problem sistemli şəkildə çözülmədiyi təqdirdə, vəziyyət daha da ağırlaşacaq. Problemin həlli yolu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)-nın “ayna”sını düzəltməkdir. Yəni əgər problemə baxdığımız güzgü yanlışdırsa, sadəcə onu dəyişdirmək, daha düzgün və sistemli şəkildə yanaşmaq vacibdir. İndiki halda Bakı şəhərində nəqliyyatla bağlı ya köklü tədbirlər görülməlidir, ya da tənzimləmə məsələsində real addımlar atılmalıdır. Sadəcə nəzəri planlar, kağız üzərində layihələrlə bu məsələ həll edilmir. Əhali artıq gündəlik əziyyət çəkir, insanlar işə gecikir, ictimai nəqliyyatda sıxlıq və narazılıq artır. Problemin varlığını qəbul etməklə yanaşı, onun həllinə yönəlik konkret addımlar atmaq zamanıdır”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
45
demokrat.az

10Sources