EN

"Qarabağ"a çox problem yarada bilərik" - "Ferentsvaroş"un baş məşqçisi

"İki komandanın gücü demək olar ki, bərabərdi. Lakin istədiyimiz kimi oynasaq, rəqibə çox problem yarada bilərik".

"Football-plus.az" xəbər verir ki, bu sözləri Çempionlar Liqasının pley-off mərhələsininin ilk oyunu çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq "Ferentsvaroş"un (Macarıstan) baş məşqçisi Robbi Kin bu gün görüş üçün təşkil edilən mətbuat konfransında deyib.

O, "Qarabağ"ın yaxşı komanda olduğunu, lakin Çempionlar Liqasının əsas məthələsinə vəsiqə şansını əldən verməməyə çalışacaqlarını bildiriib:
"Belə matçlarda əsas olan qol buraxmamaqdı. Çünki öndə elə hücumçularımız var ki, mütləq qol vurmaq imkanlarımız olacaq. Rəqib yaxşı komandadı, lakin bu oyun klubumuz üçün böyük fürsətdi. Çünki son illərdə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq üçün o qədər də böyük şans olmayıb. Bu, həm futbolçu, həm də məşqçi kimi böyük motivasiyadı. Mən oyunçulardan intensivlik və ürəklə, ruhla mübarizə gözləyirəm".

Robbi Kin 2022-ci ildə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la "Ferentsvaroş" arasında keçirilən oyunlara baxdiğını da qeyd edib:
"Üç il əvvəl "Qarabağ"la oyunu izləməmişdim. Bu isə tamamilə fərqli oyun olacaq. Hər iki komandanın yeni oyunçuları var. Əvvəlki Ceyms Bond filmlərinin heç biri sonuncusu ilə eyni deyil. Amma təbii ki, Azərbaycan çempionunun son oyunlarına baxmışam".

Xatırladaq ki, sabah keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23.00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20.45-də başlayacaq.
Chosen
52
50
football-plus.az

10Sources