EN

Tanınmış alim polisə gedib ərəblərdən şikayət ərizəsi YAZDI

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Şəhidləri təhqir edən üç Səudiyyə Ərəbistanı vətəndaşı barədə şikayət ərizəsi yazdım. Sonra çıxanda səfirliyin işçiləri ilə mübahisə etdim. "Onlar video çəkib Azərbaycan xalqından üzr istəyəcəklər" deyəndə lap əsəbləşdim. "Səfirlik özü üzr istəməlidir və bu şəxslər Azərbaycan qanunları ilə cəzalanacaq" deyə mübahisə etdim. Onlar "Bizi başa düşün" deyəndə, "Biz sizi başa düşümürük, biz sizi başa düşmək istəmirik" deyərək orda etiraz edib tələb etdim ki, bu adamlar layiqli cəza almasalar bütün şəhid ailələrini təhqir etmiş sayılacaq.

Ölkə.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev paylaşım edib.

"Səfirlik işçilərinə başa saldım ki, Azərbaycan şəhidi ərəblərdən də üstündür, bütün dünyadan üstündür. Onlar bu torpağ uğrunda can qoyublar. Vətən nədir ərəb bilməz, amma biz Azərbaycan xalqı bilirik nədir. Səfirlik işçilərinin səsi belə çıxmadı. O şərəfsizlər cəzalarını alacaqlar!", - deyə o qeyd edib.

Xatırladaq ki, ötən gün Bakıda turist kimi səfər edən əcnəbilər Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb. Yayılan görüntülər yerli ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Bundan sonra faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
50
olke.az

10Sources