EN

Subsidiyalar ayrılır, ancaq heyvanların sayı azalır... - Nazirlikdən REAKSİYA

Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayı azalıb.

Hurriyyet.az-ın xəbərinə görə, Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir ki, dövlətin tətbiq etdiyi subsidiyalara və güzəştlərə baxmayaraq, son illərdə iri və xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunub.

Məlumata görə, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydaları”na əsasən, hər bir sağlam buzova və balağa görə (camış balası) 100 manat subsidiya ayrılır. Bununla yanaşı, damazlıq heyvanların dəyərinə də güzəştlər tətbiq olunur.

Lakin bütün bu dəstək mexanizmlərinə baxmayaraq, ölkə üzrə heyvanların baş sayında azalma qeydə alınıb. 2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin sonunda iri buynuzlu heyvanların sayı 2 milyon 507 min 700 başdan 2 milyon 459 min 721 başa düşüb. Yəni təxminən 48 min baş azalma baş verib.

Oxşar tendensiya xırdabuynuzlu heyvanlarda (qoyun və keçi) da müşahidə olunur. Qoyun və keçilərin sayı 2023-cü ildə 7 milyon 60 min 600 baş idisə, 2024-cü ildə bu göstərici 6 milyon 850 min 184 başa qədər enib. Bu isə 210 mindən çox azalma deməkdir.

modern.az

Chosen
72
50
hurriyyet.az

10Sources