ain.az, 525.az portalına istinadən məlumat yayır.
Ukraynalı snayper dünya rekorduna imza atıb.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, rekord avqustun 14-də qeydə alınıb. Snayper 4 kilometrlik məsafədən bir güllə ilə iki rus əsgərini öldürüb. Ukrayna mediası bunu tarixdə təsdiqlənmiş ən uzun güllə atışı üzrə yeni dünya rekordu olduğunu yazır.
Məlumata görə, atəş Donetskdəki Pokrovsk-Mirnoqrad müdafiə xəttində 14,5 mm-lik "Alliqator" snayper tüfəngindən atılıb. Güllə rus əsgərlərinin yaşadığı binanın şüşə pəncərəsindən keçib və bir yox, iki nəfər həlak olub. Əməliyyatı Ukrayna Quru Qoşunlarının elit “Prıvıd” (Ghost) snayper bölməsi həyata keçirib. Bu bölmə son bir ildə təxminən 1000 rus əsgərini öldürüb.
Xatırladaq ki, öncəki dünya rekordu da ukraynalı snayperə məxsus idi. 2023-cü ildə Vyaçeslav Kovalski 3,7 kilometrlik məsafədən atəş açmaqla dünya rekorduna imza atmışdı. O, İraqda İŞİD üzvünü 3,521 kilometr məsafədən öldürən Kanada xüsusi təyinatlı snayperinin rekordunu yeniləmişdi.
İbrahim Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.