ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Qarabağ"ın keçmiş qapıçısı Andrey Lunyovun adı qalmaqalda hallanır.
Oxu.Az xəbər verir ki, "Dinamo Moskva" klubunun iştirak ərizəsinə düşə bilməyən futbolçu oyunu tribunadan izləyib.
Maraqlı məqam isə odur ki, futbolçunu göstərən zaman onun snyus qəbul etdiyi müşahidə edilib.
Bu da sosial mediada ciddi söz-söhbətə səbəb olub.
Xatırladaq ki, Lunyov zədəli olduğuna görə oyunlarda iştirak edə bilmir. Onun istifadə etdiyi snyus isə son zamanlar idmançılar arasında populyarlaşan maddədir. Sadə dildə desək, snyus siqaretin saqqız formasıdır.
Qeyd edək ki, Andrey Lunyov daha öncə "Qarabağ" klubunda transfer məsələlərinə görə qalmaqala səbəb olmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.