EN

Azərbaycan, ABŞ, Ermənistan üçlüsü İranı CİDDİ NARAHAT EDİR... - Nələr baş verəcək?

İran İslam Respublikasının Strateji Xarici Siyasət şurasının sədri Kamal Xarrazi Ermənistandan gələn nümayəndə heyəti ilə görüşündə sərt bəyanatla çıxış edib. O, Ermənistanla-Azərbaycan arasında nəzərdə tutulan nəqliyyat dəhlizini ABŞ şirkətlərinin investisiya və idarəçilik formatında qoşulmalarına qarşı olduqlarını bildirib.

 

Politoloq Məhəmməd Əsədullazadə Referans-a açıqlamasında İranın bu yanaşması haqda danışıb.

 



“Azərbaycan və Ermənistan arasında sülh mətninin paraflanması, təbii ki, İranı çox ciddi narahat etdi. İran Prezidenti və onun komandası bunu alqışlasa da, amma mühafizəkar dairə, İran dövləti konkret olaraq prosesə qarşı çıxdı. Zəngəzur dəhlizi ilə bağlı üçüncü ölkələrin regiona gəlməsi ilə bağlı məsələlərə provakativ don geyindirməyə çalışırlar. İran regionda geosiyasi dəyişikliyi qəbul etmir. İran Azərbaycan və Ermənistan arasında sülh sənədinin imzalanmasını qəbul etmir. Çünki uzun müddət Ermənistanın əli ilə Azərbaycana İranda vəkalət bölgüsü aparıb. Proses bunlardan ibarətdir”.

 

Politoloq İranın bu məsələyə hansısa ciddi müdaxiləsinin olacağını düşünmür. Buna səbəb olaraq isə İranın artıq əvvəlki gücündə olmamasını göstərir.

 

“İsrail-İran müharibəsi yeni müstəviyə daxil olur. Hər an bu müharibə baş verə bilər. İran sadəcə olaraq Zəngəzur dəhlizindən istifadə edə bilər. Məsələn, İranın keçmiş Xarici işlər naziri Cavad Zərəf məqaləsində qeyd edib ki, İran bundan faydalanmalıdır, nəinki düşmən mövqe tutmalıdır. İran prezidenti cənab Məsud Pezeşkian İrəvana səfər etdi. Düşünürəm ki, onun da Zəngəzur dəhlizi məsələsinə münasibəti müsbətdir. Sadəcə olaraq, İranda mühafizəkar dairəsi və İranın ali dini rəhbəri Xamnei sülhə qarşı çıxır”.

 

Fidan Vəlisoy 

Chosen
54
50
referans.az

10Sources