Sabah oynanılacaq "Ferentsvaroş" - "Qarabağ" matçından öncə Macarıstan klubunun baş məşqçisi Robbi Kin media önünə çıxıb.

Offsideplus.az xəbər verir ki, irlandiyalı mütəxəssis 3 il öncə keçirilən görüşləri izləmədiyini açıqlayıb:

"İki komandada da yeni oyunçular var. "Qarabağ"ın yalnız indiki oyunlarını izləmişəm".

R. Kin "Qarabağ"a problem çıxara biləcəklərinə inanır:

"Komandaların gücləri bərabərdir. İstədiyimiz kimi oynasaq, onlara çox problem yarada bilərik. İrəli xətdə yaxşı hücumçularımız var və mütləq qol vurmaq üçün imkanlarımız olacaq. Ona görə də əsas qol buraxmamaqdır".

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.