EN

Zelenski, Tramp və Putin bu həftə görüşə bilər Sky News

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Avropalı diplomatlar amerikalı həmkarlarından ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putin arasında bu həftənin sonunda baş tuta biləcək üçtərəfli görüşə hazır olmaq tələbi alıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə "Sky News" xəbər verir.

Qeyd olunur ki, avropalı diplomatlar Tramp, Zelenski və Putin arasında mümkün üçtərəfli sammitin yeri ilə bağlı hələlik razılığa gələ bilməyiblər.

Mərbuat ABŞ, Ukrayna və Avropa ölkələri liderlərinin Vaşinqtonda bugünkü görüşünün nəticələrinin gələcək sammitə təsir edə biləcəyini vurğulayıb.

Nəşrin yazdığına görə, ABŞ və Avropa İttifaqı ölkələri heç nə dəyişməsə, Tramp, Zelenski və Putin arasında görüş Avropada keçirilməlidir.

Qeyd edilir ki, ötən həftə sonu İtaliyanın baş naziri Giorgia Meloni “istəklilər koalisiyası”nın videokonfransı zamanı üçtərəfli sammitin keçiriləcəyi yer kimi Romanı təklif edib. Fransa prezidenti Emmanuel Makron görüşün Cenevrədə keçirilməsində israr edib. Bundan əlavə, İtaliya və İsveçrə xarici işlər nazirlikləri Tramp, Zelenski və Putin arasında danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını təkid edirlər.

Bu arada, Aİ ölkələrinin diplomatları Budapeşt və Helsinki də daxil olmaqla, başqa yerləri nəzərdən keçirirlər.

Daha əvvəl “Financial Times” Ukrayna rəsmilərinin bəyanatlarına istinadən yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenski Amerika lideri Donald Trampla görüşdə Ukrayna qoşunlarının Donetsk və Luqansk vilayətlərindən çıxarılması tələblərindən yayınaraq, müharibənin sülh yolu ilə həlli prosesini qurmağa çalışacaq.

Qeyd olunur ki, Ukrayna lideri hazırkı cəbhə xəttində “məqbul kompromislər” etməyə hazırdır.

Nəşrin yazdığı kimi, bu gün Zelenskinin prezidentliyi dövründə ən mühüm görüşlərindən biri olacaq.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
88
50
icma.az

10Sources