EN

ABŞ dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək

ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ nümayəndə heyəti gələn ay faydalı qazıntılar haqqında sazişin həyata keçirilməsi çərçivəsində Ukraynaya səfər edəcək.

Bunu ölkənin iqtisadiyyat naziri Aleksey Sobolev bildirib.

Onun sözlərinə görə, sentyabrda Ukraynanın bərpası üzrə birgə investisiya fondunun iclası da keçiriləcək.

"İndi biz fondun növbəti 12 ay ərzində investisiya qoya biləcəyi layihələrin siyahısını hazırlayırıq. Sentyabrda Birləşmiş Ştatlardan böyük nümayəndə heyəti gələcək. Ümid edirik ki, bu il fondun ilk investisiyaları məlum olacaq", - nazir bildirib.

O əlavə edib ki, iri investisiyaların stimullaşdırılmasını nəzərdə tutan qanun layihələri baxılmaq üçün Ali Radaya təqdim edilib.

Qeyd edək ki, bu ilin aprelində tərəflər faydalı qazıntıların birgə hasilatı və investisiya fondunun yaradılması haqqında saziş imzalayıblar.

\report

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
67
50
azxeber.com

10Sources