EN

Yaşlı cütlük avtomobil qəzasında həyatını itirdi

Ajans.az Haber Global-a istinadən xəbər verir ki, 77 yaşlı M.T.-nin idarə etdiyi avtomobil Şenbağlar kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək körpüdən çay kənarına aşıb. Avtomobildə olan sürücünün həyat yoldaşı, 72 yaşlı F.D. də həyatını itirib.

Hadisə yerinə təcili tibbi yardım, xilasedici və jandarma qrupları cəlb olunub. Müayinədən sonra cütlüyün cəsədləri yarılma aparılması üçün Suşehri Dövlət Xəstəxanasının morquna aparılıb.

Chosen
68
48
Ajans.az

10Sources