EN

Legioner yuvası, yoxsa U 21 in bazası?

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Şamaxı” “Neftçi” ilə oyun üçün iştirak ərizəsini təqdim edərkən futbol ictimaiyyətini təəccübləndirdi. Belə ki, komanda oyuna 9 legionerlə başladı. Rüfət Abbasovla Rafael Məhərrəmlidən başqa digər futbolçular legioner idi. Heç əcnəbi futbolçuların transferi ilə tanınan “Neftçi” belə bu qədər legionerlə başlamadı. U-21 üçün baza klubu sayılan “Şamaxı” ötən mövsüm - legioner limiti olanda gənc və yerli futbolçuların üzə çıxması ilə göz oxşayırdı. İndi isə 9 legionerlə oyuna başladı. Mətbuat konfransında bunun Ayxan Abbasovu narahat edib-edilmədiyi soruşuldu, o isə məcburiyyətdən belə etdiyini, əsas hədəfin elitada qalmaq olduğunu bildirdi. Xatırladaq ki, Ayxan Abbasov bu ilin fevralından U-21-in də baş məşqçisidi.MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
6
icma.az

10Sources