EN

Dünya çempionatı: Anar Cəfərli yarımfinalda

ain.az bildirir, Idman.biz portalına istinadən.

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialın ikinci günündə Azərbaycanın daha 4 sərbəst güləşçisi mübarizəyə qoşulub.

Onlardan Anar Cəfərli yarımfinala yüksəlib.

U20 dünya çempionatı

Sərbəst güləş

5️7️ kq

Vasif Bağırov braziliyalı Kayo Arona 6:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Ancaq o, yarımfinala gedən yolda hindistanlı Sumit Malikə 2:9 hesabıyla məğlub olub.

6️5️ kq

Ağa Qasımov təsnifat mərhələsində rusiyalı Amal Candubayevə (UWW) 0:10 hesabıyla uduzub.

7️9️ kq

Muradxan Omarov debütdə ispaniyalı David Gilə 9:2, rumıniyalı David Tartana tam üstünlüklə (10:0) qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Güləşçimiz bu mərhələdə rusiyalı Səid Saidulova (UWW) 0:10 hesabıyla məğlub olub.

9️2️ kq

Anar Cəfərli ilk mərhələdə türkmənistanlı Orazmuhammet Hocaliyevi 3:2 hesabıyla üstələyib. Həmyerlimiz daha sonra həm belaruslu Aleksey Kulakova (UWW), həm də hindistanlı Saçin Saçinə 10:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Anar finala gedən yolda qazaxıstanlı Kamil Kuruqliyevlə qarşılaşacaq.

Yarımfinallar Bakı vaxtı ilə 18:00-da başlayacaq.

Qeyd edək ki, bu gün həmçinin 2 güləşçimiz - Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) bürünc medal görüşünə çıxacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
7
icma.az

10Sources